Lənkəranda 60 yaşlı qadın faciəvi şəkildə ölüb

Lənkəranda 60 yaşlı qadın faciəvi şəkildə ölüb
15:22 21 Fevral 2017
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran. 21 fevral. REPORT.AZ/ Lənkəran rayonunda 60 yaşlı qadın faciəvi şəkildə ölüb. 
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Vilvan kəndi ərazisndə qeydə alınıb. 
Belə ki, həmin kəndin sakini 1957-cü il təvəllüdlü Əzimə Hacırza qızı Səmədovanın meyiti yaşadığı evdə qaz sobanın üstünə yıxılmış vəziyyətdə aşkar edilib. Qonşuların sözlərinə görə, tək yaşayan qadın ürək xəstəsi olub. Sobasının üstünə yıxılan qadının yanaraq öldüyü bildrilir. 
Ə.Səmədovanın meyiti Səhiyyə Nazirliyinin Məhkəımə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Ekspertizanın rəyindən sonra onun ölümünün dəqiq səbəbləri məlum olacaq. 
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/lenkeranda-60-yasli-qadin-facievi-sekilde-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR