Hikmət Babaoğlu: "Bu təyinat Azərbaycanın siyasi həyatında mühüm tarixi hadisədir"

Hikmət Babaoğlu: "Bu təyinat Azərbaycanın siyasi həyatında mühüm tarixi hadisədir"
15:32 21 Fevral 2017
129 Ölkə
Ölkə mətbuatı
A- A+

Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi ölkəmizin siyasi həyatında mühüm tarixi hadisədir. 

Bu fikri Milli.Az-a "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Millət vəkilinin sözlərinə görə, Mehriban xanım Əliyeva Azərbaycanın prioritet kimi müəyyənləşdirdiyi məsələlərlə bağlı ardıcıl və çoxşaxəli fəaliyyət göstərən ictimai-siyasi xadim kimi tanınır: "Azərbaycanın birinci xanımı ölkəmizin tarixini dərindən bilən, onun maddi abidələrini, mənəvi sərvətlərini ləyaqətlə qorumağı bacaran, Azərbaycanın musiqi həyatından başlamış siyasi həyatınadək bütün sahələrdə imzası olan, ölkəmizi həm də beynəlxalq miqyasda uğurla təmsil edən, dünyada nüfuz və hörmətə malik olan ictimai-siyasi xadimdir. Onun humanitar fəaliyyətinin coğrafiyası Pakistandan Albaniyaya, siyasi fəaliyyətinin coğrafiyası isə Azərbaycandan Avropa İttifaqı ölkələrinə qədər uzanır".

"Mehriban Əliyeva istər Heydər Əliyev Fondunun prezidenti, istərsə "Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri, istərsə də millət vəkili kimi bu zamana qədər Azərbaycan xalqının və dövlətinin maraqları əsasında uğurlu fəaliyyət göstərib və cəmiyyətimiz Azərbaycanın birinci xanımının fəaliyyətini olduqca yüksək qiymətləndirir. Məhz bütün bunları nəzərə alaraq deyə bilərik ki, Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi məhz Azərbaycan cəmiyyətinin arzusunun reallaşdırılması, xalqımızın istəyinin ifadəsidir. Bu, həmçinin ölkəmizdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dərin islahatlar strategiyası çərçivəsində atılmış ən uğurlu addımlardan biridir. Şübhəsiz ki, yeni institusional islahatların həyata keçirilməsində Mehriban xanım Əliyevanın dəst-xətti özünü göstərəcək", - H.Babaoğlu qeyd edib.

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/519783.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR