Ekspert: "Azərbaycanın irəli sürdüyü enerji layihələri ölkəni böyük qaz ehtiyatı olan dövlətə çevirəcək"

Ekspert: "Azərbaycanın irəli sürdüyü enerji layihələri ölkəni böyük qaz ehtiyatı olan dövlətə çevirəcək"
15:32 21 Fevral 2017
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan tərəfindən irəli sürülən enerji layihələri ölkəni böyük qaz ehtiyatlarına malik dövlətə çevirəcək.

Milli.Az xəbər verir ki, bu sözləri Trend-ə iqtisadçı ekspert Rüfət Quliyev deyib.

O qeyd edib ki, Azərbaycan bu layihələri vaxtında, hətta qrafiki qabaqlamaqla yerinə yetirir. Ekspert qeyd edib ki, bu layihələrin icrası ölkənin makroiqtisadi göstəricilərini möhkəmləndirməyə imkan verəcək.

R.Quliyev bildirib ki, Azərbaycanın postneft müddətinə daxil olmasına baxmayaraq ölkə iri enerji layihələrinin icrasını davam etdirəcək: "Bu gün Azərbaycan postneft erasına daxil olur. Biz ölkədə qeyri-neft sektorunu inkişaf etdirməyə çalışırıq. Amma bununla yanaşı biz əvvəlki kimi enerji resurslarının tədarükündən də gəlirlərin əldə olunmasında maraqlıyıq. Bu vəsaitlər gələcəkdə ölkə iqtisadiyyatının inkişafına və şaxələndirilməsinə yönəldiləcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/519785.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR