Şam qozası suyundan için, şəfa tapın... Ağciyərin dərmanıdır

Şam qozasından sadəcə bəzək üçün deyil, sağlamlığınız üçün də faydalana bilərsiniz.

Metbuat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şam qozasından su əldə edib, bəzi xəstəliklərdən qurtula bilərsiniz.

Şam qozası suyu öskürək, bəlğəm, bronxit kimi xəstəliklərin müalicəsində şəfa mənbəyidir.

Ağciyərləri təmizləyir

Şam qozası ağciyərlərin təmizlənməsinə köməkçi olur. Bədənin ehtiyacı olan lazımi mineralları qarşıladığına görə, ağciyər xəstəliklərinə səbəb olan siqaretin qalıcı zərərlərini də ortadan qaldırır.

Qış boyunca qripi əngəlləyir

Aparılan araşdırmalardan məlub olub ki, yağı çıxardılmış şam qozası qış boyunca xəstəliklərdən qoruyur.

Şam qozasının içində immuniteti gücləndirən nadir elementlər var.

Şəfa qaynağı olan şam qozası suyunun hazırlanması üçün 5 ədəd şam qozası doğranılır, geniş həcmli su dolu tasa qoyulur. 24 saat gözlətdikdən sonra yarım saat qaynadılmalıdır. Qaynatdıqdan sonra sonra bal və ya şəkərlə dadlandırılır. Gündə bir stəkan, ya da çay stəkanı qədər istehlak edilə bilər.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR