ABƏŞ ötən il SOCAR-a 2,75 mlrd. kubmetr səmt qazı verib

ABƏŞ ötən il SOCAR-a 2,75 mlrd. kubmetr səmt qazı verib
15:52 21 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 fevral. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzərin milli sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 2016-cı ildə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 7,5 mln. kubmetr səmt qazı verib.
“Report” “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, ümumilkdə isə ötən il SOCAR-a 2,75 mlrd. kubmetr səmt qazı verilib.
Hesabat ilində SOCAR-a verilən səmt qazının həcmi 2015-ci illə müqayisədə 14% azalıb.
Bilıdirilib ki, hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
Xatırladaq ki, "AÇG" yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb.1995-ci ilin fevralında ABƏŞ yaradılıb. Bu yataqlar blokunun əməliyyatçısı isə ABƏŞ adından çıxış edən BP şirkətidir. "AÇG"-də BP (operator – 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "İnpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "İtochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL, 2,7%) şirkətləri iştirak edir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/abes-oten-il-socar-a-2-75-mlrd-kubmmetr-semt-qazi-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR