Şampun əvəzinə alma sirkəsi istifadə edin

Alma sirkəsinin sağlamlığa faydalarını bilirik, ancaq saçınızı daha əvvəl sirkəylə yumağı sınamısız?

Metbuat.az saçınızı sirkəylə yuduğunuzda baş verəcək dəyişiklikləri təqdim edir:

Alma sirkəsi saçınızda toplanan sprey, köpük, jele məhsullarını asanlıqla saç tellərinizdən və saç dərinizdən təmizləyəcək.

Bir bardaq suya 3 yemək qaşığı alma sirkəsi əlavə edin və saçınızı bir neçə dəqiqə bununla yuduqdan sonra durullayın.

Saçınız kəpəklidirsə, həftədə bir ya da iki dəfə saçlarınızı su və alma sirkəsi qarışımıyla yuyun. Qısa müddətdə kəpəklərin azaldığını görəcəksiniz.

Sirkə mikrob öldürücü olduğu üçün baş dərisindəki qaşıntılara qarşı da faydalıdır.

Sirkənin tərkibindəki turşu miqdarı saçınızı qurutmadan pH balansını bərabərləşdirir.

Kran suyunun tərkibindəki minerallar saçınızın parıldamasını əngəlləyir. Lakin sirkə bu mineralların saçınıza yapışmasının qarşısını alır.

Sirkənin kəskin qoxusunun qarşısını almaq üçün içərisinə lavanda yağı əlavə edib, istifadə edə bilərsiniz.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR