OPEC-in baş katibi neft bazarındakı vəziyyət haqqında danışıb

OPEC-in baş katibi neft bazarındakı vəziyyət haqqında danışıb
16:07 21 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 fevral. REPORT.AZ/ "Neft hasil edən ölkələrin istehsalı azaltmaqla bağlı qərar qəbul etməsinə, qərarların yerinə yetirilmə səviyyəsinin yüksək olmasına baxmayaraq, dünya bazarında neftin qiymətinin səviyyəsi tarazlı qiymət səviyyəsindən hələ uzaqdır".
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu OPEC-in baş katibi Məhəmməd Barkindo "IPWeek-2017" konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, buna səbəb əvvəlcədən hasil edilib qalmış neft ehtiyatlarının səviyyəsinin hələ də çox yüksək olmasıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/opec-bas-katibi-neft-bazarindaki-veziyyet-haqqinda-danisib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR