“Hizbullah”, İran və Suriya... – Dəhşətli müharibənin SİQNALI VERİLDİ

“Hizbullah”, İran və Suriya... – Dəhşətli müharibənin SİQNALI VERİLDİ
16:08 21 Fevral 2017
160 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı İŞİD terror təşkilatı ilə mübarizə üçün Suriyaya xüsusi təyinatlı birliklərini göndərməyə hazırdır.

Publika.az xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cubeyr Almaniyanın “Süddeutsche Zeitung” qəzetinə müsahibəsində deyib.

“Səudiyyə Ərəbistanı və Körfəz ölkələri İŞİD-lə mübarizədə ABŞ-ın yanında yer almağa hazır olduğunu bəyan ediblər. Bundan başqa, islam koalisiyasından bəzi ölkələr də terrorizm və radikalizm ilə mübarizə üçün Suriyaya hərbi birliklərini göndərməyə hazırdır”, - deyə nazir bildirb.

O, planın detallarının və tətbiqinin ABŞ-la müzakirə olunduğunu vurğulayıb. Planın yaxın vaxtlarda hazır olacağını dilə gətirən Adil Əl-Cubeyr qeyd edib ki, əsas məqsəd İŞİD-dən təmizlənən ərazilərin “Hizbullah”, İran, yaxud da Suriya rejiminin nəzarətinə keçməsinin qarşısını almaqdır.

“İŞİD-dən təmizləniləcək bölgələrin müxalifət güclərinin nəzarətinə verilməsini istəyirik”, - səudiyyəli nazir söyləyib.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/188728.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR