“Şahdəniz Mərhələ 2” üzrə işlərin 89%-i tamamlanıb

“Şahdəniz Mərhələ 2” üzrə işlərin 89%-i tamamlanıb
16:12 21 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 fevral.REPORT.AZ/ 2016-cı il ərzində “Şahdəniz Mərhələ 2” layihəsinin tikinti işləri uğurla davam edib. Layihə üzrə işlər - mühəndis işləri, təchizat və tikinti işləri də daxil olmaqla - ümumilikdə 89%-dən çox tamamlanıb və bu layihədən ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur.
“Report” xəbər verir ki, bu barədə “Şahdəniz” yatağının operatoru “BP-Azerbaijan” şirkətindən bildirilib.
“Ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində - həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal Terminalı, Bakı yaxınlığındakı ATA (AMEK/Tekfen/Azfen) sahəsi, Bakı Dərin Özüllər Zavodu və boru kəməri marşrutu boyunca irimiqyaslı işlər davam edir. Sentyabr ayında layihə üzrə mühüm bir hadisəni qeyd edilib – “Şahdəniz Mərhələ 2” üçün tikilən iki platformadan birinin dayaq bloku Bakı Dərin Özüllər Zavodundan dənizdə quraşdırılmaq üçün yola salınıb. Dayaq blokunun rəsmi yola salma mərasimində Prezident İlham Əliyev iştirak edib. Hasilat və Dikborular (HDB) platformasının dayaq blokunun daşınması, suya endirilməsi və yerləşdirilməsi işləri təhlükəsiz şəkildə üçüncü rübün sonunadək, payaların üzərinə quraşdırılması işləri isə noyabr ayında başa çatdırılıb”, - deyə məlumatda qeyd olunub. 
Şirkət həmçinin bəyan edib ki,  ATA tikinti-quraşdırma sahəsində “Şahdəniz 2” platformasının hər iki üst modulunun tikintisi demək olar ki, başa çatıb və istismar sınaqları davam edir. Bu modulların dənizə yola salınması və quraşdırılması bu ilin ikinci və üçüncü rüblərinə planlaşdırılır.
2016-cı ildə işlərin ən qızğın vaxtlarında Azərbaycanda 24 mindən çox insan bütün əsas müqavilələr üzrə tikinti işlərinə cəlb olunub ki, onların da 80%-dən çoxu ölkə vətəndaşları olub.


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/sahdeniz-merhele-2-uzre-islerin-89-i-tamamlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR