Dünyanın ən sürətli avtomobilləri - FOTOLAR

Dünyada ən sürətli avtomobillərin siyahısı açıqlnıb.

Metbuat.az xəbər verir ki, sürətsevərlər tərəfindən böyük həvəslə izlənilən bu avtomobillər məhdud sayda istehsal olunmaları ilə fərqlənirlər.

5. "SSC Ultimate Aero" – 412 km/h

3 il ərzində "dünyanın ən sürətli maşını" ləqəbini qoruyub saxlayan qoşa turbo 6,8 litr motora sahib olan avtomobil sürət baxımından da idealdır. 412 km/h rekorduna görə qiyməti 650 min dollardır.

4."RUF 9ff GT9" - 413 km/h

"Porsche" firmasının istehsalı olan RUF görünüşcə 911-ə bənzəyir. 1200 at gücündə,4 litlrik və 6 silindrli bokser motora malik olan maşın 413 km/h sürətindədir.

3."Koenigsegg Agera R" - 418km/h

1140 at gücündə 5 litr V8 motora sahibdir

2. "Bugatti Veyron Super Sport" -434 km/h

Bir müddət əvvəl öz itirilmiş nüfuzunu geri qaytarmaq üçün şirkət "Bugatti sport" modelini xüsusi olaraq istehsal etdi. Qiyməti 2.2 milyon dollar olan avtomobilin hamısı satılıb.

1. "Hennessey Venon GT"- 434,1 km/h

"Venom" "Corvette" motorundan istifadə edir. Amma sözsüz ki, "Corvette" deyil. Belə ki, digər xüsusiyyətlər əlavə edilərək, daha mükəmməl hala gətirilib. Məhşur yarışçı Con Hennesi tərəfindən istehsal olunan avtomobil hal-hazırda dünyanın ən sürətli avtomobili hesab olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR