İsrailin Terrora qarşı mübarizə bürosu “Hapoel” azarkeşlərini Türkiyəyə getməməyə çağırıb

İsrailin Terrora qarşı mübarizə bürosu “Hapoel” azarkeşlərini Türkiyəyə getməməyə çağırıb
16:32 21 Fevral 2017
96 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 fevral. REPORT.AZ/ İsrailin Terrora qarşı mübarizə bürosu Beer-Şeva şəhərini təmsil edən "Hapoel" komandasının azarkeşlərinə xəbərdarlıq edib. "Report"un məlumatına görə, dövlət qurumu "Hapoel" fanatlarını “Beşiktaş”la Avropa Liqasının 1/16 final mərhələsinin cavab görüşü üçün Türkiyəyə getməməyə çağırıb. 
Səbəb kimi İstanbulun Dolmabahçe məhəlləsindəki "Wodafone Arena" yaxınlığında bir neçə ay öncə baş vermiş partlayış və ölkədəki digər terror olayları göstərilib. Terrora qarşı mübarizə bürosunun Türkiyə ilə bağlı yenilənmiş səyahət xəbərdarlığında xarici ölkələr təhlükəlilik dərəcəsinə görə 5 kateqoriyaya bölünüb. Türkiyə "yüksək dərəcədə təhlükəli ölkələr" kateqoriyasında yer alıb. Açıqlamada hazırda Türkiyədə olan İsrail vətəndaşlarından izdihamlı yerlərdən uzaq qalmaları istənilib. 
Bununla belə, "qırmızı-ağlar"ın az sayda azarkeşinin oyuna yollanacağı gözlənilir. 
Qeyd edək ki, "Beşiktaş"la "Hapoel" arasındakı 1/16 final mərhələsinin cavab görüşü fevralın 23-də keçiriləcək. İlk oyunda Türkiyə təmsilçisi qələbə qazanıb - 3:1. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-srailin-terrora-qarsi-mubarize-buorsu-hapoel-terefdarlarini-turkiyeye-getmemeye-cagirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR