KİV: İraq qüvvələri İŞİD-in təhlükəsizlik rəhbərini öldürüb

KİV: İraq qüvvələri İŞİD-in təhlükəsizlik rəhbərini öldürüb
16:47 21 Fevral 2017
93 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 fevral. REPORT.AZ/ İŞİD terror qruplaşmasının təhlükəsizlik rəhbəri çərşənbə axşamı Mosul hava limanında aviazərbələr nəticəsində öldürülüb.
"Report" TASS-a istinadən xəbər verir ki, "As-Sumariya" telekanalının məlumatına görə, Əbu Abdalla adlı silahlı səhər saatlarında aeroportun əsas girişində iki köməkçisi ilə birlikdə qətlə yetirilib.
Terrorçulara havadan pilotsuz uçan aparat zərbə endirib.
Qeyd edək ki, beynəlxalq hava limanı hələ də terrorçular tərəfindən idarə olunan Mosulun qərb hissəsində yerləşir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ki-v-i-raq-quvveleri-i-si-d-in-tehlukesizlik-rehberini-oldurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR