Ölmüş gənc oğlan dəfn edilərkən dirildi - Dünya bu hadisədən danışır...

Hindistanda olduqca maraqlı hadisə baş verib. 17 yaşlı gənc dəfn edilməyə aparılarkən yolda dirilib. 

Metbuat.az xəbər verir ki, bir müddət əvvəl yeniyetmənin səhhətində ciddi problemlər olub, o, xəstəxanaya yerləşdirilib. Həkimlər vəziyyəti ağır olan gəncin suni tənəffüs aparatına qoşulmasını lazım bilib. Lakin maddi vəziyyəti ağır olan ailə övladlarının müalicəsindən imtina edib. Bir neçə gün evdə saxlanılan yeniyetmə həyati əlamətləri itirib və ailə üzvləri onun öldüyünü düşünüblər. Dəfnə aparılarkən gəncin yolda ayılması hamını həyəcanlandırıb. Yenidən xəstəxanaya yerləşdirilən şəxsə meninqoençefalit diaqnozu qoyulub.

Sübhan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR