Bakıda turizmin inkişaf etdirilməsi məsələləri müzakirə olunub - FOTO

Bakıda turizmin inkişaf etdirilməsi məsələləri müzakirə olunub - FOTO
16:57 21 Fevral 2017
Ölkə mətbuatı
A- A+

DAİR Hotellər və Restoranlar Assosiasiyasının təşəbbüsü ilə 15 fevral, 2017-ci il tarixində "Vergilər Məcəlləsində Dəyişikliklər" adlı turizm və qonaqpərvərlik sənayesi və bu sektorun ətrafında fəaliyyət göstərən digər sahələrin nümayəndələri ilə Azərbaycan Respiblikasının Vergilər Nazirliyinin ekspertləri arasında görüş keçirilib.

Milli.Az bildirir ki, Azərbaycan Respublikasının Vergilər Məcəlləsində baş vermiş dəyişikliklərin açıqlanması, bunların tətbiqi yolları, turizm və qonaqpərvərlik sahəsində vergi siyasəti və sair suallar tədbirdə müzakirə edilib.

Vergilər Nazirliyi tərəfindən tədbirdə AR Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Departamentinin Baş Direktorunun Müavini Nicat İmanov və AR Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Departamentinin Strateji Araşdırmalar İdarəsinin Direktoru Namiq Dərgahov iştirak edib, Vergilər Məcəlləsində baş vermiş dəyişikliklər haqqında geniş məlumat verib, sənaye nümayəndələrinin suallarını cavablandırıblar.

Tədbir çərçivəsində Assosiasiyanın 11 yeni üzvü təqdim edilib və Üzvlük Sertifikatlarını alıb. Bunlar sırasında Hyatt Regency Baku Hotel, JW Marriott Absheron Baku Hotel, Sheraton Hotel Baku Airport, Bosfor Hotel, New Baku Hotel, City Mansion Hotel hotelləri, Ayı Sürücü, Bibit, Rama Service şırkətləri və iki yeni fərdi üzv olaraq Flora Ələskərova, Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi və İbrahim Qafarov, AF Hotel-in Front Office Meneceri olublar.

Turizm və qonaqpərvərlik sənayesinin inkişafı, o cümlədən 2-3 ulduzlu hotellərin artması, sənayedə sivil bazar münasibətlərinin təkmilləşməsi məqsədilə əmək bazarının və fərdi şəxslərin vergi məsuliyyətinin tənzimlənməsi və vergiyə cəlb edilməsi kimi suallar da tədbirdə müzakirəyə çıxarılıb.

Elektron hesab fakturaların tətbiqi, ƏDV-nin hesablanması, nəğdsız əməliyyatların təmin edilməsi kimi məsələlər sənaye nümayəndələri üçün ekspertlər tərəfindən ətraflı açıqlanıb.

DAİR Hotellər və Restoranlar Assosiasiyasının idarə heyətinin sədri Samir Dübəndi bildirib ki, ...2-3 ulduzlu hotellərin sayının artması üçün sahibkarları vergi imtiyazları ilə həvəsləndirmək lazımdır: "Onda biz qonaqpərvərlik sənayesində kiçik və orta biznesın inkişafını müşahidə edərik".

Qeyd edilib ki, icarəyə verilən və turistlərə apartamentlər, hostellər adı ilə təklif edilən mənzillər, fərdi evlər hotellərə ciddi rəqabət təşkil edir: "Əgər kimsə öz mənzilini icarəyə vermək və yaxud hostelə çevirərək xidmətlər göstərmək arzusundadırsa, bu qəbul edilmiş haldır və beynəlxalq miqyasda yayılıb. Yalnız bu mənzillər və hostellər müvafiq standartlara cavab verməlidir, sahibləri isə zamanda vergi ödəyicisi olmalıdırlar. Onda onlarla hotellər arasında ədalətli vergi və standartlar tarazlığı yaranar. Mənzil fondunda icarə xidmətləri göstərən sahibkarların bir çoxu vergidən yayınırlar. Hotellərin fəaliyyətinə, onların biznes maraqlarına diqqətli olmalıyıq. Bu istiqamətdə müvafiq işlər də görüləcək".

"İctimai iaşə sektorunda bizim araşdırmalarımıza istinadən, 15 min masa xidmətçisi çalışır. Onların bir çoxu nə vergi ödəyicisidir, nə də ki sosial müdafiəsi var, yəni rəsmi əmək müqaviləsi olmadan çalışırlar. Assosiasiya onları aşkar edir və onlar arasında vergi ödəmək mədəniyyətinın yaranması üçün təbliğat aparır", - deyə təşkilat rəhbəri qeyd edib.

Tədbirin təşkilində bizə dəstək olan JW Marriott Absheron Baku Hotelinin rəhbərliyinə və bütün personalına, eyni zamanda informasiya dəstəyi verən Trend.az, Milli.az, Day.az və Azernews.az informasiya portallarına Hotellər və Restoranlar Assosiasiyası dərin təşəkkürünü bildirir.

Assosiasiya yeni üzvlərə onları seçdiklərinə görə təşəkkürünü bildirir.

Assosiasiyanın təşəbbüsünü qəbul edib tədbirdə fəal iştirak etdiklərinə görə AR Vergilər Nazirliyinin rəhbərliyinə və tədbirdə iştirak edən ekspertlərə Assosiasiyanın İdarə Heyəti öz dərin ehtiramını bildirir.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az





















Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/519730.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR