Poroşenko: “Ukrayna Rusiyaya qarşı sanksiyaları gücləndirəcək” - VİDEO

Poroşenko: “Ukrayna Rusiyaya qarşı sanksiyaları gücləndirəcək” - VİDEO
17:03 21 Fevral 2017
96 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna ölkənin şərqində yaradılan Donetsk və Luqansk “xalq respublikaları”nın sakinlərinin pasportlarının Moskva tərəfindən tanınmasına cavab olaraq Rusiyaya qarşı sanksiyaları gücləndirmək niyyətindədir.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Pyotr Poroşenko Avropa İttifaqının humanitar yardım və böhranların idarə olunması üzrə komissarı Xristos Stilianidislə görüşündə bildirib.

Poroşenkonun sözlərinə görə, Moskvanın bu qərarı beynəlxalq hüquq nöqteyi-nəzərindən artıq qanunsuz rejimlərin tanınması deməkdir. Dövlət başçısının sözlərinə görə, Moskva de-fakto Minsk prosesindən imtina edib.

Xatırladaq ki, fevralın 18-də Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donetsk və Luqansk vilayətləri ərazisində yaşayan Ukrayna vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə verilmiş sənədlərin tanınması haqqında fərman imzalayıb. Fərmanda göstərilir ki, bu sənədin qəbul edilməsində məqsəd “beynəlxalq humanitar hüquqa və qəbul edilmiş prinsiplərə dayanaraq, insan hüquq və azadlıqlarının qorunması”dır.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/188742.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR