İNANILMAZ HADİSƏ - 6 aylıq körpə anasında xərçəng aşkarladı / FOTOLAR

Böyük Britaniyada 6 aylıq körpə davranışlarıyla anasında xərçəng xəstəliyinin aşkarlanmasına səbəb olub.

Metbuat.az "BBC"-yə istinadən xəbər verir ki, Teddi adlı körpə qəflətən ana südündən imtina edib. Hətta Sara körpəsini bir neçə dəfə əmizdirməyə cəhd etsə də, Teddi şiddətlə anasına müqavimət göstərməyə cəhd göstərib. Bu durumdan şübhələnən ana həkimə müraciət edib. Həkimlər əvvəlcə xanımın sinəsində ciddi problemin olmadığını desə də, təkrar müayinə zamanı ona xərçəng diaqnozu qoyulub. 26 yaşlı qadına müalicə təyin olunub.

Sübhan / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR