Canlı yayımda DAVA: "Mənə "əlcək" deyənin..." - EFİRİ TƏRK ETDİ - VİDEO

Canlı yayımda DAVA: "Mənə "əlcək" deyənin..." - EFİRİ TƏRK ETDİ - VİDEO
17:24 21 Fevral 2017
241 Digər
Ölkə mətbuatı
A- A+

 

Prodüser Təranə Səmədova ilə həmkarı Mədinə Məlik arasında qalmaqal pik nöqtəyə çatıb. Lent.az-ın məlumatına görə, bu gün “APA TV”-nin efirində Yalçın Uğurun aparıcısı olduğu “Show time” verilişinə qonaq olan M.Məlik həmkarı ilə küsülü olduğunu deyib: “Ola bilər ki, o xanım qalmaqaldadı, amma mən qalmaqalda deyiləm. Mən öz işimdə, gücümdəyəm. Barışmaq bir az kobud səslənir. Mən heç o insanla üz-üzə gəlməmişəm. Adını çəkdiyiniz şəxs mənim rəfiqəm deyil. Mənim bir rəfiqəm var, o da anamdır. Mən qalmaqal etmirəm, Qalmaqala elə insanın ehtiyacı var ki, reytinqi düşsün. Mən öz işimdə, gücümdəyəm. Hər kəsə prodüser demək olmaz. Əgər mən bugün “Kristal” qrupunu yaratmışamsa, populyar etmişəmsə, onların sayəsində pul qazanıramsa, deməli bu, mənim məhsulumdur. Deməli, məndə hər şey əladır. Nə mən tez-tez müğənni dəyişirəm, nə də məni futbol topu kimi o qapıya, bu qapıya vururlar. Mən heç kimə söz atmıram. Mənə söz atanlara söz atıram. Əgər mən Flora Kərimova kimi sənətkarın gözündə hörmət qazanmışamsa, bu, mənim üçün bir dünyadır. İllərdir şou-biznesdə olan söz-söhbətlərdən çox uzağam. Amma bəzən də istəmədən səni qalmaqala çəkirlər. Mən oturmuşdum evdə, çağırdılar mən müsahibəyə və söhbət açdılar ki, belə deyib. Mən də inanmazdım ki, o sözləri Təranə deyib. Bu qalmaqal bu söhbəti açana lazım idi”.

 

Daha sonra qəflətən canlı yayıma T.Səmədova gəlib və bu zaman M.Məlik studiyanı tərk edib: “Mən durub burada onunla söz güləşdirəsi deyiləm. Bu, mənə yaraşan şey deyil. Ən azından burada Flora xanım var. Ona bu reytinqi bir dəfə verdim, daha istəmirəm”.

 

T.Səmədova stdiyaya daxil olaraq həmkarına bu sözləri deyib: “Mənə maraqlıdır, mənimlə üz-üzə gəlməyə niyə qorxur ki? Mən bu insan barədə danışanda efirdə “xanım” kəlməsindən başqa nəsə işlətməmişəm. İndi verilişi yarımçıq tərk eləməyi Mirsaleh Muradov, Əli Mirəliyevin vaxtında olub. Şou yaradır, fikir verməyin. Problem yoxdursa, niyə üzbəüz danışmaq istəmir? Mən bilirdim ki, mənimlə üz-üzə gəlməyəcək. Mənə futbol topu, əlcək deyən insan xanımlığına sığışdırıb, gəlib burada oturmalıdır. Səni gündəmə gətirmişəm. Gündəmə gəlmək üçün qalmaqal yaradır. Mən olsaydım, verilişdə oturardım. “Kristal” qrupu ilə tutuzdura bilmir. Ona görə də oxumağa başlayıb. Respublikada 1 nömrəli qadın prodüser olaraq mənim adım çəkilir. O da bunu götürə bilmir”.

 

Qeyd edək ki, tərəflər arasında qalmaqal “Lider maqazin” verilişindən başlanıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268170

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR