“Neftçi” hələ pik həddinə çatmayıb” - Petrov

“Neftçi” hələ pik həddinə çatmayıb” -   Petrov
17:27 21 Fevral 2017
79 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi"nin müdafiəçisi Kirilo Petrov klubun rəsmi saytına müsahibə verib. Fanat.Az həmin müsahibəni təqdim tanış edir:


- "Neftçi”də artıq 5 rəsmi oyun keçirmisiz. Təəssüratınız necədir?

- Prinsipcə, nəticələrimiz qənaətbəxş oldu. Daha çox xal toplaya bilərdik, amma müəyyən səbəblərə görə bunu eləyə bilmədik.


- Hansı səbəblərə görə?

- Gəlin, yenidən o haqda danışmayaq. Hakimliyi müzakirə etmək istəmirəm, bunun mənası yoxdur. Növbəti oyuna hazırlaşmaq lazımdır.


- Baş tutmuş oyunlardan hansını xüsusi qeyd edərdiz?

- Qalib gəldiyimiz oyunlar daha yaxşı yadda qalıb. Biz "İnter”ə və "Sumqayıt”a qarşı yaxşı oynadıq. "Sumqayıt”la görüş daha ağır oldu, çünki qarlı meydançada mübarizə aparmaq məcburiyyətində qaldıq. Bununla belə, qələbə qazanmağı bacardıq.


- Komanda məşqçilərin tələb etdiyi oyunu göstərə bilirmi?

- Xeyr, "Neftçi” hələ ki pik həddinə çatmayıb. Amma biz inkişaf edirik və fikrimcə, bu hiss olunur. Məsələn, son iki oyunda qol buraxmamışıq. Belə deyirlər, əgər arxada "sıfır”dırsa, irəlidə həmişə nəysə fikirləşmək olar.


- Ümumilikdə komanda son 5 oyunda cəmi 3 qol buraxıb. Hətta çoxlarında belə təəssürat yaranır ki, siz müdafiənin mərkəzindəki komanda yoldaşınız Pavel Dreksa ilə əvvəllər birlikdə oynamısız, sadəcə bunu ustalıqla gizlədirsiz.

- Belə şey olmayıb (gülür). Sadəcə, müəyyən məktəb varsa, uyğunlaşma prosesi çox vaxt aparmır. Həqiqətən də Pavellə bir-birimizi yaxşı başa düşürük, futbol dili hər bir halda eynidir. Bununla belə, komanda qol buraxmırsa, bu, təkcə bizim yox, bütün futbolçuların əməyidir.


- Siz Ukrayna yığma komandasının heyətində gənclər arasında Avropa çempionu olmusuz. Milliyə də dəvət almağa ümid edirsiz?

- Təbii ki, Ukrayna milli komandasında oynamağı çox istəyirəm. Məncə, əgər "Neftçi” qələbələr qazanıb, avrokubokların qrup mərhələsinə vəsiqə əldə etsə, məşqçilərin diqqətini cəlb edə bilərəm.


- Azarkeşlərə uyğunlaşmağa macal tapmısız?

- Bəli, "Neftçi” azarkeşlərini çox bəyənirəm. Onlar öz komandalarını çox sevirlər. Buna təkcə oyunlarda yox, fan-qruplardan birinin ad gününü qeyd edən zaman da əmin oldum. Belə fanatlar yalnız ən yaxşı nəticələrə layiqdirlər.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-neftci-hl-pik-hddin-catmayb-t56435.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR