​Manat yenidən ucuzlaşmağa başlayacaq? - Dollar, yoxsa manat...

“Qarşıdan gələn Novruz bayramı ərəfəsində manatın yenidən ucuzlaşmağa başlayacağı gözləniləndir”.

Bu barədə Metbuat.az-a açıqlamasında iqtisadçı Pərviz Heydərov bildirib.

Ekspert bildirib ki, sərbəst vəsaitlərin hələki ABŞ valyutası şəklində saxlanılması daha məsləhətdir:

“Valyuta bazarında ümumən nisbi sakitlik hökm sürür. Ümumiyyətlə, məlum olduğu kimi fevral ayında manat dollara nəzərən güclü müqavimət nümayiş etdirib. Bu da ənənəvi haldır. Keçən ilin eyni ayında da eyni tendensiya müşahidə edilmişdi. Lakin xarici valyutaya bayram tətilləri və yay mövsümü ərzində tələbatın həmişə yüksəldiyi məlum məsələdir. Odur ki, qarşıdan gələn Novruz bayramı ərəfəsində manatın yenidən ucuzlaşmağa başlayacağı gözləniləndir. Bu, o demək deyil ki, ABŞ valyutası kəskin bahalaşacaq. Bunun üçün heç bir real əsas yoxdur”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR