"Kəlağayı" kitabının təqdimatı keçirilib

"Kəlağayı" kitabının təqdimatı keçirilib
17:52 21 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Xalça Muzeyində "Kəlağayı" kitabının təqdimatı baş tutub.
"Report" xəbər verir ki, kitab UNESCO-nun Maddi Mədəni İrsin Qorunması üzrə Hökümətlərarası Komitəsinin 9-cu sessiyasında Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycanın ənənəvi ipək qadın baş örtüyünə həsr olunub.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və onun müavini Sevda Məmmədilyevada iştirak edib.
Sevda Məmmədəliyeva bildirib ki, kələğayı sənəti Azərbaycan xalqı üçün dəyərli sənətdir : " Kitabın hazırlanması üçün uzun müddət araşdırmalar aparılıb. Kələğayının hər işarəsinin bir mənası var. Bu kitab vasitəsilə həmin işarələrin fəlsəfi mənası aydın şəkildə izah edilib" .
Kitabın müəllifləri Professor R.ibrahimbəyova, Rəssamlar İttifaqının üzvü C.Tarıverdiyev və Parsonun Dizayn Məktəbinin məzunu Z. Müller-Tarıverdi Azərbaycan tətbiqi sənət tarixində ilk dəfə olaraq oxuculara kələğayını müəyyən edən konsepsiyanı, eyni zamanda, qəliblərin forma və ştampların sistemləşdirilmiş kataloqunu təqdim ediblər.
Foto: Firi Salim












Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/kelagayi-kitabinin-teqdimati-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR