Elmar Məmmədyarov Türkiyəyə işgüzar səfərə gedib

Elmar Məmmədyarov Türkiyəyə işgüzar səfərə gedib
17:54 21 Fevral 2017
139 Digər
Ölkə mətbuatı
A- A+

Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyəyə işgüzar səfərə yola düşüb

 

Xarici İşlər Nazirliyinin ( XİN ) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elmar Məmmədyarov fevralın 22-də Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (Türk Şurası) və Ahmet Yasevi Universitetinin təşkilatçılığı ilə Ankara şəhərində keçiriləcək “Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorizm” mövzusunda beynəlxalq konfransda iştirak edəcək.

 

Konfransın açılış panelində Türk Şurasının Baş katibi Ramil Həsənov, Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu, eləcə də Türkiyə Baş nazirinin köməkçisi Toğrul Türkeşin çıxışı nəzərdə tutulub. Səfər əsnasında nazir Elmar Məmmədyarovun həmçinin ikitərəfli görüşləri də planlaşdırılıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268172

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR