BTC layihəsinə ötən il 176 mln. dollar xərclənib

BTC layihəsinə ötən il 176 mln. dollar xərclənib
17:57 21 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 fevral. REPORT.AZ/ “BTC Co.” şirkəti 2016-cı il ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə 176 mln. dollar xərcləyib.
“Report” “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, əməliyyat xərclərinə təqribən 118 mln. dollar, əsaslı xərclərə isə 58 mln. dollar sərf olunub.
BTC üzrə əməliyyat xərcləri 2015-ci illə müqayisədə 24% azalıb, əsaslı xərclər isə 1,7% artıb.
BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2016-cı ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 349 mln. ton (təxminən 2,61 mlrd. barel) xam neft nəql edilib və Ceyhanda 3 425 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Hesabat ilində isə BTC vasitəsilə təqribən 33,5 mln. ton (4% az) xam neft ixrac olunub və bu neft Ceyhanda 313 tankerə yüklənib.
Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyununda istismara verilib. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “AÇG” nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.
"BTC Co."-nun səhmdarları rolunda BP (30,10%), "AzBTC" (25,00%), "Chevron" (8,90%), "Statoil" (8,71%), TPAO (6,53%), "Eni" (5,00%), "Total" (5,00%), "İtochu" (3,40%), "İnpex" (2,50%), CIECO (2,50%) və "ONGC (BTC) Ltd." (2,36%) şirkətləri çıxış edir. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/btc-layihesine-oten-il-176-mln-dollar-xerclenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR