Bakı əhalisi qablaşdırılmış sudan istifadə edirmi? - SORĞU

Bakı əhalisi qablaşdırılmış sudan istifadə edirmi? - SORĞU
18:05 21 Fevral 2017
130 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Novruz bayramının ilk çərşənbəsidir. İnanca görə su çərşənbəsi insanlara saflıq, təmizlik, təbiətə isə yeni həyat verir. Bəs gündəlik həyatda istifadə etdiyimiz su nə qədər təmizdir?

Milli.Az xəbər verir ki, "ACT Azərbaycan" bu sualla paytaxt sakinlərinə müraciət etdik. 

Sorğu nəticəsində məlum oldu ki, respondentlərin yarıdan çoxu (57 %) kran suyundan deyil, qablaşdırılmış sudan istifadə edir. Suyun vəziyyəti ilə maraqlananlar, əsasən, qadınlardı. Belə ki, onlar qablaşdırılmış suların əsas alıcılarıdılar (63 %). 

Rəyi soruşulmuş respondentlərin əksəriyyəti suyu həftədə 2-3 dəfə aldığını bildirib (34 %). Ayda bir dəfə alanlar da az deyil (19 %). Gündə bir dəfə qablaşdırılmış sudan istifadə edənlər isə 13 %-dir. Bu arada su alanların, demək olar ki, hamısı (96 %) onu içmək üçün alır. 

Ən çox qablaşdırılmış su 5 L həcmində alınır (42 %). 21 % isə 2 L sudan daha çox alır. 1 L qablaşdırlımış sudan istifadə edənlər də az deyil (20 %). 17 % isə 500 ml suyla kifayətlənir.

Qablaşdırılmış sudan istifadə edənlər, əsasən, 45-54 yaşında olan respondentlərdir (63 %). Həftədə 2-3 dəfə su alanlar da, əsasən, bu yaş kateqoriyasına daxil respondentlərdir (39 %). 

Sorğu 24 dekabr - 3 yanvar tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/519902.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR