Şoyqu: “Rusiya sərhədlərinə NATO kəşfiyyatı fəallaşıb”

Şoyqu: “Rusiya sərhədlərinə NATO kəşfiyyatı fəallaşıb”
18:08 21 Fevral 2017
141 Dünya
Ölkə mətbuatı
A- A+

NATO aviasiyasının Rusiya sərhədlərində kəşfiyyat uçuşlarının fəallığı son zamanlar kəskin artıb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bunu II Ümumrusiya Gənclər Forumunda çıxışı zamanı Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib.

“Sərhədlərimizdə ittifaqın kəşfiyyat aviasiyasının ümumi uçuşları son 10 ildə praktik olaraq 3 dəfə, Rusiyanın cənub-qərbində isə 8 dəfə artıb”, - deyə nazir bildirib.

Hərbi müəssisənin başçısı qeyd edib ki, Qara dənizdə tez-tez NATO-nun raketlərlə silahlanan gəmiləri meydana çıxır. Sergey Şoyqu bildirib ki, Şimali Atlantika İttifaqının rəhbərliyi Rusiya ilə əməkdaşlığın bütün formalarından imtina üzrə əvvəlki kursunu saxlayır və öz-özünü Rusiya təhlükəsi ilə qorxutmağa davam edir.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/188753.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR