"Bavariya"nın baş məşqçisi qeyri-etik hərəkətinə görə cərimələnib

"Bavariya"nın baş məşqçisi qeyri-etik hərəkətinə görə cərimələnib
18:12 21 Fevral 2017
130 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 fevral. REPORT.AZ/ Almaniyanın "Bavariya" komandasının baş məşqçisi Karlo Ançelotti 5 min avro məbləğində cərimələnib.
"Report"un məlumatına görə, bu barədə Almaniya Futbol İttifaqı qərar verib. Səbəb kimi italiyalı mütəxəssisin Bundesliqanın XXI turunda "Herta" ilə oyundan sonra xoşagəlməz jesti göstərilib. Ançelotti rəqib azarkeşlərə orta barmağını göstərib. Baş məşqçi qeyri-etik hərəkətini fanatların ona tərəf tüpürmələri ilə əlaqələndirib.
Qeyd edək ki, görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/bavariya-nin-bas-mesqcisi-qeyri-etik-hereketine-gore-cerimelenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR