Sosial şəbəkələrdə yayılan video bütün dünyada müzakirə
mövzusuna çevrilib.
Publika.az xəbər verir ki, videogörüntülərdə 80 yaşı
olduğu deyilən qoca kişinin 12 yaşlı qızla evlənməsi öz əksini
tapıb.
“Deplorables Inc” cəmiyyətinin yaydığı videoda 12 yaşlı gəlin 80
yaşlı ərin evinə daxil olur, evdəki yaxınlarla görüşür və kişi öz
açarı ilə yataq otağını açaraq, gəlini içəri aparır. Onu öpür və
çarpayıda əyləşdirərək, özü də yanında oturur.
Videoçarx yanvarın 12-də internetə yüklənib və bu günə qədər
31125000 baxış olub. İnternet istifadəçiləri videonu qəzəbli
şərhlərlə qarşılayıblar.
Məlumata görə, bu hadisə ərəb ölkələrinin birində olub. Konkret
hansısa ölkənin adı çəkilməsə də, ehtimallara görə, toy Səudiyyə
Ərəbistanında baş tutub.