Belarusda "Azərbaycan Ticarət Evi" qeydiyyata alınıb

Belarusda "Azərbaycan Ticarət Evi" qeydiyyata alınıb
18:37 21 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, xarici bazarların araşdırılması, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi sahəsində həyata keçirilən kompleks dövlət dəstəyi tədbirlərinin davamı olaraq, Belarusun paytaxtı Minsk şəhərində ilk "Azərbaycan Ticarət Evi"nin təşkili işləri davam etdirilir.

Milli.Az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ticarət Evinin idarəolunması məqsədi ilə artıq Belarusda "Azərbaycan Ticarət Evi" MMC yaradılıb və 20 fevralda Minsk Şəhər İcraiyyə Komitəsi tərəfindən qeydiyyata alınıb.

Ticarət Evi Azərbaycan məhsullarının "Made in Azerbaijan" brendi altında Belarus bazarında təşviqi, marketinq araşdırmalarının aparılması, sərgilərdə vahid Azərbaycan stendi ilə iştirak, potensial alıcıların müəyyən edilməsi və əlaqələrin qurulması, Belarus qanunvericiliyi ilə tələb olunan icazə xarakterli sənədlərin (lisenziya və kvotaların) alınması, Belarus bazarına məhsul ixracı və satışında iş adamlarını yaxından dəstəkləyəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/519908.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR