Məsciddən oğurluq edən şəxs tutulub - AĞDAMDA

Məsciddən oğurluq edən şəxs tutulub - AĞDAMDA
18:44 21 Fevral 2017
165 Digər
Ölkə mətbuatı
A- A+

Ağdamda məsciddən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
 
APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Xındırıstan kənd məscidində qeydə alınan oğurluq faktı ilə bağlı aparılan araşdırmalar nəticəsində rayon sakini İsgəndərov Vüqar Afər oğlunun saxlandığı bildirilir.
 
Məlumata görə, V. İsgəndərov məsciddən oğurluq etdiyini etiraf edib.
 
Faktla bağlı araşdırma aparılır.
 
 
Qeyd edək ki, Xındırıstan kəndində yerləşən məsciddən pəncərədən daxil olmaqla 10 ədəd xalça, 1 ədəd tozsoran, 3 ədəd ventilyator və 1 ədəd su təmizləyici qurğu oğurlandığı açıqlanıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268166

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR