Cocuq Mərcanlıda 428 qəlpə və raket tapldı - FOTO

Cocuq Mərcanlıda 428 qəlpə və raket tapldı - FOTO
18:52 21 Fevral 2017
222 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində gün ərzində 3 ev və kəndə çəkilməsi nəzərdə tutulan avtomobil yoluna baxış keçirilib.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Milli.Az-a verilən məlumata görə, 428 ədəd qəlpə, 6 ədəd partlamış ″Qrad″ raketinin mühərrik hissəsi və 1 ədəd partlamamış hərbi sursat (93 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VL)) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 113 133 kv.m ərazi (23 033 kv.m əl ilə, 12 100 kv.m mexaniki üsulla və 78 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı ilə) yoxlanılıb.

18 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 29 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 6 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843) və 1 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VL)) aşkar olunaraq zərərsizləşdirilib, 241 359 kv.m ərazi (78 259 kv.m ərazi əl ilə, 85 100 kv.m ərazi mexaniki üsulla və 78 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı ilə) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Ümumilikdə agentlik tərəfindən 01 yanvar - 21 fevral 2017-ci il tarixlərində Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 32 ev və həyətyanı sahəyə, su arxına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 522 ədəd partlamamış hərbi sursat, 34 ədəd tank əleyhinə mina və 2 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 270 353 kv.m ərazi (107 253 kv.m ərazi əl ilə, 85 100 kv.m ərazi mexaniki üsulla və 78 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı ilə) yoxlanılıb.

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/519914.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR