“Rosneft” İraqın kürd müxtar vilayətindən neft alacaq

“Rosneft” İraqın kürd müxtar vilayətindən neft alacaq
19:17 21 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 fevral.REPORT.AZ/ Rusiyanın “Rosneft” şirkəti və İraqın şimalındakı kürd muxtariyyəti arasında karbohidrogenlərin kəşfiyyatı, hasilatı, infrastrukturu, logistikası və ticarəti sahəsində əməkdaşlıqla bağlı saziş imzalanıb.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, şirkətin məlumatına görə, sənəd Londonda keçirilən “IP Week” konfransında imzalanıb.
Müqavilə 2017-2019-cu illərdə neftin alışı və satışını nəzərdə tutur. Razılıqda əvvəlcədən ödəniş nəzərdə tutulub. Alıcı “Rosneft” şirkətinin ticarət qolu “Rosneft Trading SA” şirkətidir.
Sazişi şərh edən “Rosneft” şirkətinin baş icraçı direktoru İqor Seçin ikitərəfli əlaqələrin yaradılmasından məmnunluğunu bildirib.
“Reuters” agentliyi qeyd edib ki, “Rosneft” bu nefti öncədən ödənişlə alan ilk böyük neft şirkətidir. Kürd vilayəti üç il əvvəl Bağdad hökumətindən müstəqil olaraq nefti satmağa başlayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/rosneft-i-raqin-kurd-muxtar-vilayetinden-neft-alacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR