93 stadion gəzdi, “Ginnesin rekordlar kitabı”na düşdü - FOTO

93 stadion gəzdi, “Ginnesin rekordlar kitabı”na düşdü - FOTO
19:47 21 Fevral 2017
109 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərəli futbol azarkeşi "Ginnesin rekordlar kitabı"na düşüb .

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Ed Vud adlı fanat buna ən çox stadionda oyun izləməklə nail olub.

Belə ki, "Derbi Kaunti"nin azarkeşi olan Vud 189 gün ərzində İngiltərənin 93 fərqli stadionunda oyuna tamaşa edib. İngiltərə çempionatlarında istifadə olunan bütün arenaları 189 günə qət edən azarkeş 237 gündə bunu bacarmış Bervik Rencersin rekordunu yeniləyib.
 
"Ginnesin rekordlar kitabı"na düşən Vud bunu cansıxıcı həyat sürməmək üçün etdiyini bildirib: "Bu addımı atmağımın əsas səbəblərindən biri 2014-cü ildə atamın vəfat etməsi oldu. Sadəcə, işləmək, pensiyaya çıxmaq və ölmək istəmirdim. Günümün çoxunu çalışmağa həsr edirdim, az yuxu yatırdım. Bu tilsimi qırmaq istədim".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində




Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/519736.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR