Ronaldo və Messi eyni komandada oynasa nələr olar?

Ronaldo və Messi eyni komandada oynasa nələr olar?
19:57 21 Fevral 2017
214 İdman
Ölkə mətbuatı
A- A+

Braziliya yığmasının çalışdırıcısı Adenor Leonardo Baki Lionel Messini tərifləyib. Fanat.Az xəbər verir ki, Tite ləqəbli mütəxəssis argentinalını rəhbərliyi altında görməyi çox arzuladığını söyləyib.

 

O Leonu dünyanın ən güclüsü saydığını söyləyib: "Qol epizodu yaratmaq baxımından sərhədsiz istedada malikdi. Başqa oyunçuların hiss etmədiyi şeyləri görə bilir. Açığını deyim, onun Braziliyada doğulmasını çox istərdim. Messi kaş braziliyalı olaydı”.

 

Tite Messi ilə "Real”ın hücumçusu Kriştianu Ronaldonu da müqayisə edib. O vurğulayıb ki, bu futbolçular birlikdə çıxış etsələr, qarşısıalınmaz olarlar: "Onlar fərqli oyun üslubuna malikdilər. Ronaldo hədəfə köklənmiş bitirici oyunçudu. Messi isə yaradıcı və sehrlidi. Eyni komandada oynasalar, rəqibləri məhv edərlər”.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ronaldo-v-messi-eyni-komandada-oynasa-nlr-olar-t56439.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR