Dövlət istiqrazları ilə bağlı hərracda tələb təklifi 3,6 dəfə üstələyib

Dövlət istiqrazları ilə bağlı hərracda tələb təklifi 3,6 dəfə üstələyib
20:07 21 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 fevral.REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102002547 ISIN kodlu, 182 gün tədavül müddətli, 10 mln. manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
"Report"un BFB-ya istinadən verdiyi xəbərə görə, hərrac zamanı 9 investor tərəfindən 16 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 36 215 300 manat təşkil edib.
Sifarişlər 90,3858 manat (21,4499%) və 93,0842 manat (14,9823%) qiymət intervalında təqdim edilib.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 92,3980 manat (16,5912%) orta ölçülmüş qiyməti 92,7509 manat (15.7608%) təşkil edib.
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10 mln. manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 22.08.2017-cı ildir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/dovlet-istiqrazlari-ile-bagli-herracda-teleb-teklifi-3-6-defe-usteleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR