Bu ölkə də Suriyaya ordu göndərir

Bu ölkə də Suriyaya ordu göndərir
20:12 21 Fevral 2017
331 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı Suriyaya ordu göndərir.

Milli.Az-ın qafqazinfo-ya istinadən məlumatına görə, bu barədə ölkənin XİN rəhbəri Adil əl-Cubeyr Almaniyanın "Süddeutsche Zeitung" nəşrinə açıqlamasında bildirib.

"Krallıq və Körfəz ölkələri göndərəcəyi özəl qüvvələr ilə ABŞ-ın yanında olacağını bəyan edib. Həm də terror və radikalizmə qarşı bəzi İslam ölkələri də əsgər göndərməyə hazırdılar", - deyə nazir söyləyib.

Donald Tramp hökumətinin Suriya ilə bağlı planlarının qısa zaman ərzində həyata keçiriləcəyini bəyan edən əl-Cubeyr ABŞ-la birlikdə İŞİD terror təşkilatına qarşı mübarizə aparacaqlarını bildirib: "Əsas düşüncəmiz bölgələri İŞİD-dən xilas etmək, eləcə də buraları İran, Hizbullah və ya rejimin əlinə buraxmamaqdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/519918.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR