Bəzi şəhər və rayonlarda qaz olmayacaq

Bəzi şəhər və rayonlarda qaz olmayacaq
20:34 21 Fevral 2017
229 Digər
Ölkə mətbuatı
A- A+

Sabah Azərbaycanın bəzi şəhər və rayonlarında qazın verilişində məhdudiyyətlər yaranacaq. “Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, abonentlərin təbii qaza olan tələbatın təmin edilməsi, qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması və yeni çəkilmiş diametri 159 mm-lik qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, həmçinin diametri 530 mm-lik qaz xətti üzərində quraşdırılmış qaz tənzimləyicinin yenisi ilə əvəz edilməsi ilə əlaqədar, nəzərdə tutulmuş təmir işləri aparılacaq. Görulən işlər zamanı, 22 fevral  2017-cı il tarixdə saat  09.00-dan  17.00-dək  Sumqayıt və Gəncə şəhərlərinin, eləcə də Bakı şəhəri Binəqədi, Yasamal, Sabunçu və Nərimanov rayonlarının bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq.

 

Aparılan işlərin Abşeron rayonu, Xırdalan şəhəri, Qobu, Güzdək, Aşağı Güzdək, Hökməli qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

 

Bildirilir ki, görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.

 

“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268184

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR