Ekologiya İdarəsinin təşəbbüsü ilə açıq dərs keçirilib

Ekologiya İdarəsinin təşəbbüsü ilə açıq dərs keçirilib
20:52 21 Fevral 2017
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 fevral. REPORT.AZ/ Bu gün SOCAR-ın Ekologiya İdarəsinin təşəbbüsü və Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdləri üçün “Ümumdünya Su Məməlilərinin Mühafizəsi Günü”nə həsr olunmuş açıq dərs keçirilib.
"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, açıq dərsdə Ekologiya İdarəsinin əməkdaşları “Su Məməliləri” və “Xəzərin ekosistemi” mövzularında təqdimatlarla çıxış ediblər. Bildirilib ki, müxtəlif təbiəti mühafizə qrupları və təşkilatları dünya ictimaiyyətinin diqqətini dəniz məməliləri və okeanlarda yaşayan canlıların mühafizəsinə yönəltmək məqsədilə 1986-cı ildən etibarən ənənəvi olaraq çoxsaylı aksiyalar keçirirlər. 200 il ərzində balinaların məhv edilməsindən sonra Beynəlxalq Balinalar Komissiyası onların ovlanmasına qadağa qoyub. Bu qadağa hələ də qüvvədədir və balina ətinin ticarəti qanunla qadağan edilib. 
Sonda lisey şagirdlərini maraqlandıran suallar cavablandırılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/ekologiya-i-daresinin-tesebbusu-ile-aciq-ders-kecirilmisdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR