Qvardiola kumirinin adını açıqladı

Qvardiola kumirinin adını açıqladı
20:57 21 Fevral 2017
127 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Siti"nin çalışdırıcısı Xosep Qvardiola məşqçi kimi kumirinin adını açıqlayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu, argentinalı mütəxəssis Marselo Byelsadır.

Qvardiola növbəti mövsümdən etibarən "Lill" klubunun "sükanı arxası"na keçəcək Byelsanı tərifləyib: "Onun məşqçiliyinə heyranam. Çünki futbolçuların oyun keyfiyyətini daha yüksək səviyyəyə qaldırır. Byelsa ilə işləmiş futbolçulardan heç kim onun barədə mənfi fikir bildirməyib. Hər kəs Byelsanın futbolçu karyeralarına fayda verdiyi üçün ona minnətdardır". 
 
Qvardiola söhbət əsnasında Byelsanın onun məşqçilik karyerasına da təsir etdiyini deyib: "Bu vaxta qədər mənə verdiyi tövsiyələrlə çox kömək etdi. Onunla hər söhbətimdə fərqli şeylər öyrənirəm".
 
Qeyd edək ki, karyerası ərzində Argentina və Çili yığmalarını, həmçinin "Espanyol", "Atletik", "Marsel" klublarını da çalışdırmış Byelsanın son iş yeri "Latsio" olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/519733.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR