Azərbaycanlı aktyor: "Qızım məndən küsüb-inciyir" - FOTO

Azərbaycanlı aktyor: "Qızım məndən küsüb-inciyir" - FOTO
21:12 21 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Akademik Milli Dram Teatrının aparıcı aktyoru Anar Heybətov Milli.Az-a açıqlamasında qızına çox vaxt ayıra bilməməsindən şikayətlənib:

"Çəkilişlərimiz çox olur, bəzən isə gecəyə qədər davam edir. Çəkilişdə olanda qızım zəng edir, danışırıq. Bəzən məndən küsüb-inciyir də. Amma vaxt tapan kimi onun qulluğunda oluram. Qızıma anam Almazın adını qoymuşam, anama oxşar xüsusiyyətləri çoxdur. Allah bütün valideynlərə rəhmət etsin, qızım da anam kimi həddindən artıq təmizkar və iradəlidir. Mən uşaq olarkən anamın evi tez-tez təmizlədiyinin şahidi olurdum. Bir yeri, bəlkə də 4-5 dəfə təmizləyirdi".

Əli Rəhimoğlu

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/519513.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR