Seks üçün iş zamanı bir saatlıq fasilə - TƏKLİF

Seks üçün iş zamanı bir saatlıq fasilə - TƏKLİF
21:13 21 Fevral 2017
688 Dünya
Ölkə mətbuatı
A- A+

İsveç siyasətçisi seks üçün iş günü zamanın əvəzi ödənilməklə bir saatlıq fasilənin verilməsini təklif edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Everturneo şəhər şurasının üzvü Per-Erik Muskos sekslə məşğul olması üçün işçilərin evə buraxılmasının vacib olduğunu deyib.

“Seksin faydalı olduğunu sübut edən tədqiqatlar var. Bu, münasibətləri yaxşılaşdırmağa kömək edəcək”, - o bildirib.

Deputatın fikrincə, hazırda İsveç cütlükləri birlikdə az vaxt keçirirlər.

“Zəmanət vermək olmaz ki, işçi bunun əvəzinə gəzintiyə getməyəcək”, - Muskos həmçinin fasilədən təyinatı üzrə istifadə olunacağına şübhə ilə yanaşır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/188772.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR