Əgər bu insanlarla dostluq etsəniz, fayda qazanarsınız

Əgər bu insanlarla dostluq etsəniz, fayda qazanarsınız
21:22 21 Fevral 2017
119 Ölkə
Ölkə mətbuatı
A- A+

Qurani-Kərim bəzi pak simaları bizə tanıdır ki, əgər insan onlarla dostluq və yoldaşlıq etsə, həm dünyada və həm də axirətdə fayda qazanar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu simaları tanıyaq:

1. Təqvalılar. "Həqiqəti gətirən və onu təsdiq edən kəs, (özlərinin haqq dinlərini təsdiq edən tək-tək bütün peyğəmbərlər, bəli,) əsil təqvalılar (və məsumluq məqamında olanlar) onlardır. [Yaxud: (İslam Peyğəmbəri kimi) həqiqəti gətirən və (bu ümmətdən) onu təsdiq edən kəs, onların hamısı əsil təqvalılardır]. Onlar üçün Rəblərinin yanında istədikləri şey vardır. Budur yaxşı əməl sahiblərinin mükafatı!". ("Zumər" 33-34).
2. Möminlər. "Möminlər yalnız Allaha və Onun Peyğəmbərinə iman gətirmiş, sonra (öz imanında) əsla şəkk-şübhə etməyib, mal və canları ilə Allah yolunda cihad etmiş kəslərdir. (Etiqad, söz və əməldə) doğruçu olan onlardır". ("Hucurat" 15).
3. Zakir və sabirlər. "Səbirli, dözümlü kişilər və qadınlar və Allaha çox zikr edən kişilər və qadınların hamısı üçün məğfirət (bağışlanmaq) və böyük bir mükafat hazırlamışdır!". ("Əhzab" 35).
4. İlahi insanlar. "Heç bir ticarət və alış-verişin Allahı yad etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmadığı kişilər. Onlar ürəklərin və gözlərin pərişan və fərqli olacağı gündən qorxurlar". ("Nur" 37).
5. Mücahidlər. "Lakin Allahın Peyğəmbəri və onunla birgə iman gətirənlər malları və canları ilə cihad etdilər. Onlardır (iki aləmin) yaxşılıqların(ın) sahibləri və onlardır nicat tapanlar!". ("Tövbə" 88).
6. Mühacirlər. "Və zülmə məruz qaldıqdan sonra Allah (yolun)da hicrət etmiş kəsləri şübhəsiz, dünyada gözəl bir yerdə yerləşdirəcəyik. Və əlbəttə, əgər bilsələr, axirət mükafatı daha böyükdür". ("Nəhl" 41).
7. Nəsihət verənlər. "Mömin kişilər və möminə qadınlar bir-birlərinin dost, yardımçı və başçılarıdırlar. (Bir-birlərinə ağıl və şəriət baxımından) yaxşı (hesab edilən) iş görməyi əmr edir və (ağıl və şəriət baxımından) pis (sayılan) işdən çəkindirirlər, namaz qılır, zəkat verir və Allah və Onun Peyğəmbərinə itaət edirlər". ("Tövbə" 71).
Demək olar ki, o kəslərin ki, ümid sərmayəsi vardır: pak həyata, abad axirətə, insanlıq dəyərini əldə etməyə, haqqın qalıcı olduğuna, İlahi razılığa, dünya və axirət səadətinə ümidləri vardır və Allaha aşiqdirlər, Onun qürbünə can atırlar - belə insanlarla dostluq etmək insana xeyir və mənfəətdən başqa bir şey gətirməz.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/519124.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR