Bu üsul hamilə qalmağın qarşısını alır - Xanımlar üçün XƏBƏR

Alimlər sürpriz hamiləliklərin qarşısını almaq üçün uğurlu araşdırma aparıb. 

Metbuat.az-ın məlumatına görə, kişilər üçün hazırlanan gel formasındakı xüsusi dərman əlaqə zamanı xanımların hamilə qalmasının qarşısını alacaq. Dərmanın vəzifəsi kişidəki sperma axınını əngəlləməkdir. "Vasalgel" adlı dərman kanallara nüfuz edərək spermanın əsas hissəsinin axınını ləngidəcək. Lakin bu cinsi əlaqənin gedişatına və orqazm prosesinə mənfi təsir etməyəcək. Dərmanın təsiri müvəqqəti xarakter daşıyır. Bir müddət sonra kişi istəyərsə yenidən ata ola biləcək. 

Qeyd edək ki, gel artıq meymunlar üzərində sınaqdan uğurla keçib. Onun insanlar üzərində test edilməsi üçün xüsusi icazə tələb olunur. 

Sübhan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR