Ailə münaqişələrinə nə səbəb olur?

Ailə münaqişələrinə nə səbəb olur?
22:12 21 Fevral 2017
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Qurani-Kərimin ayələrinə və hədislərə əsasən ailədə münaqişələrin yaranmasının başlıca səbəbi əxlaqın olmamasıdır. Yəni, ya qadın əxlaqın rəzil sifətlərinə malikdir, ancaq kişi belə deyildir. Ya da əskinə. Bu amil ailədə bir çox münaqişələrin yaranmasına səbəb olar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, qadınla kişinin həyatı saatda olan çarxa bənzəyir ki, hər bir hərəkətində gərək dişlər bir-birinin üzərinə düşsün və rahat fırlana bilsin. O zaman ki, bu dişlərdən biri və ya ikisi sınar, ailə çarxı öz hərəkətini dayandırar. Şübhəsiz ki, insanı pis əxlaqın çarxında qərar verər.
O zaman ki, ailə başçısı olan kişi dəyərləri bilməz və yaxşı ilə pisi ayırd edə bilməz, ailə məhvə doğru hərəkət edər. Ola bilsin ki, kişi kobud xasiyyətə malik olsun və ya qadın belə olsun.
Ailə o zaman ideal olar ki, hər ikisi də gözəl əxlaqa malik olub, insani dəyərləri inkişaf etdirərlər. O zaman ki, əxlaqlı kişi həyat yoldaşı ilə gözəl rəftar edər və ya qadın İslamın buyurduğu kimi ərinə xidmət edər, belə bir ailədə münaqişələrin sayı az olar. Çünki bir-birinə qarşı məhəbbətləri vardır və gözəl əxlaqa riayət edirlər.
O zaman ki, cütlər bir-birinin sözünü eşitməyi bacarır, o zaman ailə münaqişələrinin sayı da azalır. Ona görə də deyə bilərik ki, Quranın və Məsumların (ə) nəzərinə görə, ailə münaqişələrinin ən mühüm səbəbi əxlaqdan uzaq olmaqdır. (Erfan)
Qurani-Kərimdə bir çox ayələr vardır ki, Allah Təala Peyğəmbərə (s) və iman əhlinə əmr edərək, bütün müsəlmanları ona riayət etməyə dəvət edir. O cümlədən: "Və öz ailənə namazı əmr et və özün (də) var gücünlə ona (riayət etməyə) səbr et". ("Taha" 132).
"Ey iman gətirənlər, özünüzü və ailənizi yanacağı insanlardan və daşlardan ibarət olan oddan qoruyun; onun (o odun) başında Allahın onlara verdiyi əmrdən boyun qaçırmayan, əmr olunanı yerinə yetirən, (danışıqda, əxlaqda və əzab verməkdə) sərt (daş qəlbli) və (cüssədə və iradədə) qüvvətli mələklər durmuşlar". ("Təhrim" 6).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/519122.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR