B qrupu vitaminlər şizofreniya əlamətlərini azaldır

B qrupu vitaminlər şizofreniya əlamətlərini azaldır
22:17 21 Fevral 2017
162 Ölkə
Ölkə mətbuatı
A- A+

İngilis alimləri B qrupu vitaminlərinin şizofreniya əlamətlərini böyük nisbətdə azaltdığını aşkar ediblər.

İngiltərədəki Tibbi Araşdırma Şurası (Medical Research Council) və Mançester Universitetinin təmin etdiyi və dünya səviyyəsində həyata keçirilən bir araşdırma, yüksək dozada B qrupu vitaminlərinin köməyi ilə birlikdə tətbiq olunan şizofreniya müalicəsinin, standart müalicələrə nisbətdə xəstəlik əlamətlərini daha böyük nisbətdə azaltdığını müəyyən edib.
 
Milli.Az deyerler.org-a istinadən bildirir ki, araşdırmaçılar təsadüfi seçilmiş 18 klinikadan 832 xəstənin məlumatlarını araşdırdı.
Araşdırmalar nəticəsində, yüksək dozada ya da başqa vitaminlərlə verilən B vitamini köməyi ilə şizofreniyanın psixiatrik əlamətlərini azaltdığı müşahidə edilsə də, daha az dozada möhkəmlətmə verilən xəstələrdə hər hansı bir əlamətə rast gəlinmədi.
Bundan əlavə, şizofreniyanın erkən mərhələlərində verilən B vitamininin daha təsirli olduğu müəyyən olundu. Araşdırmanın müəlliflərindən Mançester Universitetindən olan Cozef Firs mövzu barəsində məlumat verdi: "Bu araşdırma hazırda tam müalicəsi tapılmayan bu xəstəlik üçün yeni müalicə üsulları inkişaf etdirmək adına əhəmiyyətli bir inkişaf ola bilər."
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/519114.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR