Təzə gəlin ərə getdiyi çobanı soydu - Çayına yuxu dərmanı atdı və... / FOTOLAR

Türkiyədə çobanlıqla məşğul olan 34 yaşlı Eray adlı şəxsin evlənmək istəyi ona baha başa gəlib. 

Metbuat.az xəbər verir ki, suriyalı xanımla tanışlıqdan sonra, qızın ailəsi toya hazırlıq bəhanəsi ilə bəydən iki dəfə ümumilikdə 20 min türk lirəsi pul istəyib. Oğlanın ailəsi qarşı tərəfin istəyini geri çevirməyib. Dini nigahdan sonra suriyalı xanım bəyin evinə qonaq gəlib. O, qəhvənin içinə yuxu dərmanı ataraq oğlanın ailəsini yatızdırıb. Külli miqdarda qızıl-zinət əşyalarını oğurlayan mühacir qadın aradan çıxıb. 

Hazırda polis faktla bağlı araşdırma aparır. Bəyin saxta gəlin üzündən ümumilikdə 50 min türk lirəsi ziyana düşdüyü deyilir.

Sübhan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR