Nə vaxt sükut, cavab verməkdən daha yaxşıdır?

Nə vaxt sükut, cavab verməkdən daha yaxşıdır?
22:22 21 Fevral 2017
138 Ölkə
Ölkə mətbuatı
A- A+

Əmirəl-möminin (ə) buyurur: "Axmaq qarşısında sükut etmək, ona cavab verməkdən daha yaxşıdır".

Danışmaq və susmaqla bağlı psixoloqlar tədqiqat aparıblar və bilmək istəyiblər ki, onlardan hansı daha yaxşıdır. İnsanı çox danışmağa nə vadar edir? Qadınlar çox danışır, yoxsa kişilər? Bu tədqiqat göstərmişdir ki, qadınlar kişilərə nisbətən çox danışırlar. Buna görə də araşdırma aparılır ki, bəs səbəbi nədir? Nəticəsi bu olur ki, qadınlar fitri olaraq kişilərdən daha çox danışırlar.
Lakin demək olmaz ki, danışmaq və ya susmaq ictimai və fərdi rabitələrdə daha çox təsirə malikdir. Hər biri ictimai məharət hesab olunur. Hər biri öz yerində xüsusi təsirə malikdir. Bəzən özümüzə dost tapmaq istəyirik, bu zaman gərək danışaq. O zaman ki, başqasının sözlərinə qulaq veririk - gərək susaq.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, ümumi olaraq İslamın nəzərinə görə deyə bilmərik ki, birmənalı olaraq danışmaq üstündür, yoxsa sükut etmək. Bir nəfər İmam Səccaddan (ə) soruşur ki, sükut üstündür, yoxsa danışmaq? Həzrət (ə) buyurur: "Hər ikisinin bəlaları vardır. Əgər bəladan uzaq olarsa, danışmaq susmaqdan üstündür". Soruşurlar ki, bəs nəyə görə? Həzrət (ə) buyurur: "Ona görə ki, Allah peyğəmbərlərini və vəsilərini sükut üçün məbus etməmişdir. Onlar danışmaq üçün məbus olublar. Kimsə sükut edərək behiştə və vilayətə layiq ola bilməz və cəhənnəmdən nicat tapa bilməz. Bunların hamısı danışmaq vasitəsilə əməli ola bilər. Mən heç bir zaman Ayı Günəşə bərabər etmərəm. Elə bu, sənin üçün kifayətdir ki, sükutun fəzilət və dəyərini danışmaqla bəyan edirsən, nəinki danışmağın fəzilətini sükut etməklə".
Ona görə də deyə bilərik ki, əgər danışmaq həddində olarsa və Allah üçün, Onun razılığını qazanmaq üçün olarsa, sükutdan daha üstündür.
Hədislərin bəzisində isə harada sükut etməyin xeyirli olduğunu müşahidə edə bilirik ki, bu hədislərdən biri də yuxarıda İmam Əlidən (ə) nəql edilən hədisdir.
Həmçinin İmam Sadiq (ə) nəql edir: "Həzrət Davud (ə) Süleymana deyir: "Ey oğlum! Çoxlu sükut et, məgər xeyir və məsləhət üçün olsa. Çünki, uzun sükuta görə bir dəfə peşman olmaq, çox danışmağa görə çox peşmaq olmaqdan daha yaxşıdır. Ey oğlum! Əgər söz gümüşdürsə, layiqlidir ki, sükut qızıldan olsun"".
Başqa bir hədisdə oxuyuruq: "Uzun sükut et ki, şeytanı ram edən və sənin dinini qorumaq üçün yavərindir".
Hər bir halda onu deyə bilərik ki, insanın səadət və bədbəxtliyi dilindən asılıdır, istər onu işə salsın, istərsə də sussun.
İmam Sadiq (ə) buyurur: "Haqq barəsində danışmaq, batil üçün susmaqdan daha yaxşıdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/519125.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR