Tovuzda 2 avtomobil toqquşub, xəsarət alanlar var

Tovuzda 2 avtomobil toqquşub, xəsarət alanlar var
22:37 21 Fevral 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz. 21 fevral. REPORT.AZ/ Axşam saatlarında Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, Tovuz rayon sakini, 1975-ci il təvəllüdlü, Arif Qasımovun idarə etdiyi "VAZ -2106" markalı avtomobil qarşı tərəfdən gələn, Tovuz rayon sakini, 1990-ci il təvəllüdlü, Musa Nağıyevin idarə etdiyi "VAZ -2107" markalı avtomobil ilə toqquşub.
Nəticədə hər iki sürücü müxtəlif bədən xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilən yaralıların vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/tovuzda-2-avtomobil-toqqusub-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR