Toyuq ətinin qiyməti artmayıb - DİQQƏTLİ OLUN

Toyuq ətinin qiyməti artmayıb - DİQQƏTLİ OLUN
22:52 21 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı sakinləri toyuq ətinin son günlərdə bahalaşdığını bildirirlər. Toyuq ətinin qiyməti 4 manat 20 qəpik - 4 manat 60 qəpik arasında dəyişir. Qiymət dəyişikliyi xüsusilə toyuq filesində, yəni döş ətində nəzərə çarpır.

Milli.Az "Xəzər TV"yə istinadən xəbər verir ki, satıcılar filenin qiymətinin 1 manatdan çox artdığını təsdiq edirlər. Onlar filenin müxtəlif firmalar tərəfindən hazır şəkildə gətirildiyini və qiyməti də firmaların təyin etdiyini deyirlər.

Bazarlarda açıq şəkildə satılan döş əti - filenin qiyməti isə artmayıb. Kiloqramı 6 - 6 manat 50 qəpiyə file tapmaq mümkündür.

Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyevin sözlərinə görə, nə toyuğun, nə də filenin qiyməti broylerlər tərəfindən qaldırılmayıb və əgər belə fakt varsa, qiyməti mağaza sahibləri süni yolla artırıblar. Məhsulun arxasındakı məlumat kağızı mağazada vurulduğundan qiyməti  də onlar təyin edirlər.

"Toyuq məhsulunun topdan satış qiymətində heç bir qiymət artımından söhbət gedə bilməz", - deyə Aydın Vəliyev bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/519956.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR