Günəş sistemindən kənarda HƏYAT: 22 fevral saat 22:00-da...

Günəş sistemindən kənarda HƏYAT: 22 fevral saat 22:00-da...
23:08 21 Fevral 2017
288 Dünya
Ölkə mətbuatı
A- A+

Amerika Milli Kosmik Agentliyi (NASA) ekzoplanetlərlə əlaqədar mətbuat konfransı keçirəcək.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, NASA-nın saytında dərc edilmiş elanda tədbirin kosmosun öyrənilməsi sahəsində vacib hadisəyə həsr ediləcəyi bildirilib.

Güman edilir ki, NASA Günəş sistemi xaricində həyat üçün əlverişli şərtlərin olduğu bir və ya bir neçə ekzoplanetin tapıldığını elan edəcək.

NASA artıq 2016-cı ilin iyulunda oxşar mətbuat konfransı keçirib. Tədbirdə agentliyin baş elmi işçisi Ellen Stofan Günəş sistemindən kənarda 1280-dən çox ekzoplanetin mövcudluğundan danışıb. Bu planetlər “Kepler” teleskopunun köməyi ilə aşkar edilib.

Yeni mətbuat konfransı fevralın 22-də Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Tədbir NASA TV telekanalı və agentliyin rəsmi saytı ilə yayımlanacaq.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/188768.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR