Qazaxıstan Astananı Avropadakı münaqişələrin həlli üçün meydança kimi təqdim edib

Qazaxıstan Astananı Avropadakı münaqişələrin həlli üçün meydança kimi təqdim edib
23:12 21 Fevral 2017
88 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 fevral. REPORT.AZ/ Qazaxıstan Avropada mövcud münaqişələrin diplomatik yolla həlli üçün paytaxt Astananı əlavə meydança qismində təklif edib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı BMT Təhlükəsizlik Şurasının Avropadakı mövcud münaqişələrə həsr olunmuş iclası çərçivəsində ölkənin xarici işlər nazirinin müavini Roman Vasilenko deyib.
"Ölkəmin Avropada təəssüf ki, baş verən və hələ ki, öz həllini tapmayan münaqişələrlə bağlı mövqeyi yaxşı məlumdur. Qazaxıstan bu münaqişələrdə iştirak edən ölkələrin hamısı ilə yaxşı münasibətdədir…Ona görə, biz hesab edirik ki, Astana platforması beynəlxalq hüququn əsas prinsiplərinə bağlılıq və etimadın bərpa olunması üçün əlavə müstəqil meydança ola bilər", — deyə o bildirib.
Çərşənbə axşamı BMT TŞ-də Ukrayna, Gürcüstan, Balkanlar və Avropanın digər regionlarında mövcud münaqişələrə həsr olunmuş iclas keçirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/qazaxistan-astanani-avropadaki-munaqiselerin-helli-ucun-meydanca-kimi-teqdim-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR