Kiyevdən Qarabağdakı “referendum"a dair sərt bəyanat

Kiyevdən Qarabağdakı “referendum"a dair sərt bəyanat
23:24 21 Fevral 2017
132 Digər
Ölkə mətbuatı
A- A+

Ukrayna Azərbaycanın Dağlıq Qarabağ ərazisində keçirilən qondarma "konstitusiya referendumunu" tanımır və onu legitim hesab etmir. APA-nın məlumata görə bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Maryana Betsa bildirib.

 

Onun sözlərinə görə, "referendum" Azərbaycan Konstitusiyası və beynəlxalq hüququ kobud şəkildə pozur və onun heç bir hüquqi fəsadları ola bilməz.

 

"Ukraynanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişilməz olaraq qalır. Bu isə beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin qeyd-şərtsiz dəstəyidir". 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268192

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR